TƏŞKİLATÇI

12-ci Beynəlxalq “Caspian Energy Forum”
Böyük məmnuniyyətlə diqqətinizə çatdırmaq istərdik ki, 18 sentyabr 2024-cü il tarixində “The Ritz-Carlton” otelində “Caspian Investment Week” çərçivəsində “Caspian Energy Club” və “Enermus” QSC-nin birgə təşkilatçılığı ilə “Yaşıl dünya naminə həmrəylik ili”, “Əsrin müqaviləsi”nin 30 illiyi və “Caspian Energy” brendinin 25-ci il dönümünə həsr olunmuş 12-ci Beynəlxalq “Caspian Energy Forum” keçiriləcək.

12-ci Beynəlxalq “Caspian Energy Forum”un əsas mövzuları:

* “Əsrin müqaviləsi”nin 30 illiyi – iki dövrün arasında dayanıqlı keçidin təmin olunması;
* Azərbaycanda istehsal olunan “yaşıl enerji”nin Avropaya dayanıqlı nəqli;
* Orta Dəhliz üzərində yerləşən ölkələrin “yaşıl iqtisadiyyat”a keçidi;
* “Yaşıl Qarabağ”;

Məqsədimiz regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin “yaşıl dünya” naminə iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticələri, regionda “yaşıl” layihələrə investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən “yaşıl” layihələri Beynəlxalq arenada tanıtmaqdır.
12-ci Beynəlxalq “Caspian Energy Forum” sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərinin, Beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və Beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 500-dən artıq deleqat iştirak edəcək.
Sizi 12-ci Beynəlxalq “Caspian Energy Forum”da deleqat və ya sponsor qismində iştirak etməyə dəvət edirik.
BAŞ TƏRƏFDAŞ
RƏSMİ TƏRƏFDAŞ
QIZIL SPONSOR
GÜMÜŞ SPONSOR
BÜRÜNC SPONSOR
MODERATOR

Telman Əliyev

“Caspian Energy Club”ın Sədri və Qrupun Baş İcraçı Direktoru 

Rəşad Hüseynli

Uniper Global Commodities şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri
SPİKER

Cavid Abdullayev

Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin direktoru

Teymur Quliyev

SOCAR, Enerji keçidi, ətraf mühit və dekarbonizasiya seqmenti üzrə vitse-prezidentin muavini 

Murad Sadıxov

"Masdar" şirkətinin ölkə üzrə meneceri, "Masdar Azərbaycan" MMC-nin direktoru 
BAŞ MEDİA TƏRƏFDAŞ
MƏKAN

Nasimi District, 3 Babek Ave, Baku 1025 

 

  

 

 

 

 

 

Qeydiyyatda problem varsa QAYNAR XƏTT +994 77 422 00 30 +994 77 482 00 30