"Masdar" şirkətinin ölkə üzrə meneceri, "Masdar Azərbaycan" MMC-nin direktoru
Murad Sadıxov Birləşmiş Ərəb Əmirliklərin bərpa olunan enerji sahəsində aparıcı şirkəti, “Masdar”ın Azərbaycanda ölkə nümayəndəliyinin rəhbəridir. 2021-ci ildə “Masdar”da fəaliyyətə başladıqdan sonra, Murad Sadıxov şirkətin Azərbaycanda işlərinin qurulmasında, eləcə də marağı olan əsas tərəflərlə, o cümlədən hökumət orqanları, icma rəhbərləri və potensial tərəfdaşlarla uğurlu əməkdaşlığın gücləndirilməsində çox mühüm rol oynamışdır. Murad Sadıxov qlobal enerji keçidin təmin edilməsinə və Azərbaycanda hazırkı dayanıqlı iqtisadi inkişafın dəstəklənməsinə sadiq olaraq qalır. O, Bakı Dövlət Universitetinin fiziki fakültəsini bitirmiş, Koç Universitetində biznesin idarə edilməsi üzrə magistr dərəcəsini almışdır.