TƏŞKİLATÇI

“Caspian Energy Club”ın Sədri və Qrupun Baş İcraçı Direktoru 

 

Əliyev Telman Eldar oğlu 1991-ci ildən Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində bir sıra elektron və çap KİV-lərinin, internet portallarının, marketinq və konsaltinq şirkətlərinin yaradılmasının təşəbbüskarı, rəhbəri və məsləhətçisi olmuşdur. 1998-ci ildən Azərbaycan, Rusiya, Qazaxıstan, Gürcüstan, Türkiyə və Aİ ölkələrində neft-qaz şirkətləri, maliyyə və sənaye qruplarında marketinq, brend menecmenti, PR və hökumətlə əlaqələr üzrə məsləhətçi olub. 1999-cu il mayın 28-dən - Caspian Energy International Media Group-un prezidenti. 2002-ci il iyunun 4-dən - sədrin birinci müavini və baş icraçı direktoru, 3 mart 2020-ci ildən - Caspian Energy Club qrupunun sədri və baş icraçı direktorudur.