Uniper Global Commodities şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri
Rəşad Hüseynli, bakalavr və magistr təhsilini Azərbaycan Dillər Universitetində “Germanistika” ixtisası üzrə, ikinci təhsilini isə Almaniyanın Boxum universitetində ”İdarəeçilik” ixtisası üzrə almışdır. 2014-cü ilin Aprel ayından Almaniyanın ən böyük enerji şirkətlərindən biri olan "Uniper"in Azərbaycan Respublikasındakı nümayəndəliyinin rəhbəri vəzifəsində çalışır. Eyni zamanda 2016-cı ildə təsis edilmiş SOCAR-"Uniper" birgə müəssisəsinin direktorlar şurasının üzvüdür.