Super User

Super User

Cümə axşamı, 15 Avqust 2019 12:57

Əlaqə

Tel.: (+994 12) 447-02-36 / 38

Cümə axşamı, 15 Avqust 2019 12:32

VENUE

Boulevard Hotel Bakı:
Xəqani Rüstəmov Küçəsi 4C
AZ1010 Bakı, Azərbaycan

Cümə axşamı, 15 Avqust 2019 11:22

Əsəd Nasrullayev

Debet Uniform - Baş Direktor

Cümə axşamı, 15 Avqust 2019 11:17

Fərid Quliyev

AzeriCard MMC - Baş Direktor

Cümə axşamı, 15 Avqust 2019 11:10

Fuad Allahverdiyev

"AzerTelecom" MMC - Baş Direktor

Cümə axşamı, 15 Avqust 2019 11:05

Elena Hilmer

İcods Hilmer GmbH - direktor

PRESS-RELİZ

15 avqust 2019

Almaniyanın iri şirkətlərinin – kənd təsərrüfatı və qida sənayesi üçün avadanlıq istehsalçılarının avtorizə edilmiş distribüteri “ICODS Hilmer” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

“ICODS Hilmer” sıralarında dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club ilə 2018-ci ildə əməkdaşlığa başlayıb və biz yaxın gələcəkdə sıx əməkdaşlığımız üçün açılan imkanlara görə şadıq”, - deyə Telman Əliyev söyləyib. 

“ICODS Hilmer”in direktoru Yelena Hilmer 9-cu Beynəlxalq Caspian Energy Forum-2019 çərçivəsində əməkdaşlığı faydalı və əhəmiyyətli hesab etdiyini bildirib. Onun sözlərinə görə, şirkət bundan sonra da Caspian European Club ilə əməkdaşlığı və regional miqyaslı əlamətdar hadisələri dəstəkləmək niyyətindədir. 

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd”, “ AzəriKard” MMC  və “AzerTelecom” var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Şirkət haqqında:  ICODS Hilmer GMBH 2008-ci ildən Almaniyanın GEA Farm Teсhnologies şirkətinin rəsmi idxalçısıdır. GEA Farm Teсhnologies heyvandarlıq və emal sənayesinin inkişafı və bu sahələrdə innovasiya texnologiyalarının tətbiqi üzrə dünya liderlərindən biridir. ICODS şirkəti Azərbaycanda aqrosənaye kompleksinin inkişafına böyük töhvə verib, 2019-cu ilədək 7 nəhəng heyvandarlıq fermasını layihələşdirib, avadanlıqla təchiz dib və yeni Avropa texnologiyaları tətbiq edib. Şirkət 2019-cu ildən bir neçə başqa brend zavodların – kənd təsərrüfatı texnikası istehsalçılarının məhsullarını və Almaniya, Avstriyanın avadanlıqlarını təklif edir. Onların sırasında torpağın şumlanması və yem hazırlanması üçün kənd təsərrüfatı qoşqu texnikasının istehsalçısı olan Pöttinger, enerji qurğuları istehsalçısı Weidemann, bioqaz qurğuları istehsalçısı Ecogas var. GEA/ICODS-un Bakı ofisində mütəmadi olaraq kənd təsərrüfatında innovasiyaların tətbiqi, fermaların genişləndirilməsi və yenidən qurulması, həmçinin yeni fermaların yaradılması, yem, süd və ət istehsalının səmərəliliyinin artırılması üzrə alman maliyyələşməsi ilə konsultasiya və seminarlar təşkil olunur.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən “Caspian European Club” 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və “Caspian Energy International Media Group”un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir. 

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı  Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  URL: www.caspianenergy.netwww.caspianenergy.org

Çərşənbə, 14 Avqust 2019 13:23

Orxan Məmmədov

Azərbaycanın Kiçik və Orta Biznesinin İnkişafı Agentliyinin İdarə hyətinin sədri

Çərşənbə, 14 Avqust 2019 13:16

Kamaləddin Mənsimov

Nabucco Architecture & Construction direktoru

PRESS RELEASE

9 аvqust 2019-cu il

"AzəriKard" MMC sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. "9-cu Beynəlxalq Caspian Energy Forum Əsrin müqaviləsinin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub", - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.

"AzəriKard" – dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı öz sıralarında birləşdirən Caspian European Club-un etibarlı partnyoru və fəal iştirakçısıdır. "Bizim klubumuz əməkdaşlığımızın davam etməsindən və inkişafından məmnundur", - deyə Telman Əliyev söyləyib.

"AzəriKard" MMC -nin baş direktoru Fərid Quliyev prosesinq mərkəzinin 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un təşkili üçün əməkdaşlığın faydalı və əhəmiyyətli hesab etdiyini bildirib. Əvvəlki illərdə olduğu kimi, " AzəriKard " Caspian European Clubu və eyni zamanda regional səviyyədə keçirilən forumlar çərçivəsində səmərəli əməkdaşlığı fəal dəstəkləyir", - deyə Fərid Quliyev söyləyib.

Caspian Energy Forum Baku – 2019-un işində 50 ölkədən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun, sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafına toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs ediləcək. İkinci sessiyada həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” və “AzerTelecom” var.

 Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

“AzeriСard” şirkəti haqqında: AzeriСard MMC MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB beynəlxalq ödəmə sistemləri ilə tamamilə sertifikatlaşdırılmış Azərbaycanda ilk və və ən böyük prosesinq mərkəzidir. Hazırda AzəriKard həm Azərbaycanda, həm də onun hüdudlarından kənar 21 banka xidmət göstərir, rəqəmsallaşma və məsafəli bankinq sahəsində yüksəksəviyyəli müasir layihələrin fəal tətbiqinə davam edir.

Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.


* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir. 
Əlavə məlumat üçün:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. URL: www.caspianenergy.net; www.caspianenergy.org

3 -dən səhifə 7
Forum Haqqında
  • Sizi Azərbaycan Respublikasının Hökuməti və Caspian European Club-un dəstəyi ilə 2019-cu il 19 sentyabr tarixində Bulvar Hotel Bakıda keçiriləcək 9-сu Beynəlxalq “Caspian Energy Forum Baku - 2019”a dəvət etməkdən şərəf duyuruq.

    9-сu Beynəlxalq Caspian Energy Forum Baku - 2019 "Əsrin müqaviləsinin" imzalanmasının 25 illik yubileyinə və Caspian Energynin 20 illik yubileyinə həsr olunub.

    “Caspian Energy Forum Baku – 2019”da sıralarında Azərbaycan, Qazaxıstan və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

    Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulmuşdur.

MƏRUZƏÇİLƏR
RƏSMİ DƏSTƏK
TƏRƏFDAŞLAR
MEDIA TƏRƏFDAŞLAR
TƏŞKİLATÇILAR
XƏBƏRLƏR
QEYDİYYAT
  • *
    Please specify your position in the company

    Ad*
    Invalid Input

    Soyad*
    Please type your full name.

    Fəaliyyət*
    Invalid Input

    Şirkətin adı*
    Invalid Input

    Tutduğu vəzifə*
    Invalid Input

    Ünvan*
    Invalid Input

    Ölkə*
    Invalid Input

    Şəhər / Bölgə*
    Invalid Input

    Poçt indeksi
    Invalid Input

    E-mail*
    Invalid email address.

    Mobil telefon*
    Invalid Input

    Telefon*
    Invalid Input

    Faks*
    Invalid Input

    Zəhmət olmazsa, bütün məlumatları ingilis dilində doldururn.

    Invalid Input

    Tam paket

    Invalid Input

    Deleqat ödənişinin məbləğinə daxildir (tam paket):
    - forumun işgüzar hissəsində bütün sessiyalarda iştirak
    - işgüzar naharda iştirak
    - kofe-breyklərdə iştirak
    - tərcümə cihazından ödənişsiz istifadə

    Ödəniş: Tam ödəniş imzalanmış müqavilə təqdim olunarkən invoys vasitəsilə tələb olunacaq.

    Yekun məbləğ
    Invalid Input

    captcha*
    captcha
    Invalid Input

Program
SPONSORLUQ ŞƏRTLƏRİ
MƏKAN
  • Boulevard Hotel Bakı:
    Xəqani Rüstəmov Küçəsi 4C
    AZ1010 Bakı, Azərbaycan

ƏLAQƏ
  • Tel.: (+994 12) 447-02-36 / 38

VIDEO PRESENTATION