PRESS RELEASE
9 аvqust 2019-cu il
"AzəriKard" MMC sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. "9-cu Beynəlxalq Caspian Energy Forum Əsrin müqaviləsinin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub", - deyə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev bildirib.
"AzəriKard" – dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı öz sıralarında birləşdirən Caspian European Club-un etibarlı partnyoru və fəal iştirakçısıdır. "Bizim klubumuz əməkdaşlığımızın davam etməsindən və inkişafından məmnundur", - deyə Telman Əliyev söyləyib.
"AzəriKard" MMC -nin baş direktoru Fərid Quliyev prosesinq mərkəzinin 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un təşkili üçün əməkdaşlığın faydalı və əhəmiyyətli hesab etdiyini bildirib. Əvvəlki illərdə olduğu kimi, " AzəriKard " Caspian European Clubu və eyni zamanda regional səviyyədə keçirilən forumlar çərçivəsində səmərəli əməkdaşlığı fəal dəstəkləyir", - deyə Fərid Quliyev söyləyib.
Caspian Energy Forum Baku – 2019-un işində 50 ölkədən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri var.
Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun, sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsinə həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafına toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs ediləcək. İkinci sessiyada həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” və “AzerTelecom” var.
Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com
“AzeriСard” şirkəti haqqında: AzeriСard MMC MasterCard, Visa, American Express, Diners Club, UnionPay və JCB beynəlxalq ödəmə sistemləri ilə tamamilə sertifikatlaşdırılmış Azərbaycanda ilk və və ən böyük prosesinq mərkəzidir. Hazırda AzəriKard həm Azərbaycanda, həm də onun hüdudlarından kənar 21 banka xidmət göstərir, rəqəmsallaşma və məsafəli bankinq sahəsində yüksəksəviyyəli müasir layihələrin fəal tətbiqinə davam edir.
Sıralarında dünyanın 70 ölkəsindən olan 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy International Media Group-un fəal iştirakı ilə yaradılıb. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.
* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.
Əlavə məlumat üçün:
E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır. URL: www.caspianenergy.net; www.caspianenergy.org