
![]() |
Sizi Azərbaycan Respublikasının Hökuməti və Caspian European Club-un dəstəyi ilə 15 mart 2019-cu il tarixdə İstanbulda keçiriləcək 9-сu Beynəlxalq “Caspian Energy Forum Istanbul -2019”ya dəvət etməkdən şərəf duyuruq. "Caspian Energy Forum Istanbul -2019"də aralarında Türkiyə, Azərbaycan, Qazaxıstan və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik və dövlət komitələrinin rəhbərlərinin, Türkiyədə akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, eləcə də nəhəng beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının başçılarının da yer aldığı 300-dən artıq deleqat iştirak edəcək. Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulmuşdur. Rəhbərlik etdiyiniz şirkəti sponsor və ya deleqat qismində 9-сu Beynəlxalq “Caspian Energy Forum Istanbul -2019”ya qatılmağa dəvət edirik. |
![]() |