Latest from Super User
Leave a comment
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.
Make sure you enter the (*) required information where indicated. HTML code is not allowed.
Böyük məmnuniyyətlə Sizi Gürcüstan Hökumətinin və Azərbaycan Respublikasının, həmçinin Caspian European Club-un dəstəyilə 2018-ci ilin 8 may tarixində Tbilisidə keçiriləcək 5-ci Beynəlxalq "Caspian Energy Forum - 2018"ə dəvət edirik.
Açılış mərasimində Gürcüstanın Baş naziri Georgi Kvirikaşvilinin iştirakı planlaşdırılır.
"Caspian Energy Forum-2018"də aralarında Gürcüstan, Azərbaycan, Qazaxıstan və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirlik və dövlət komitələrinin rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, eləcə də nəhəng beynəlxalq şirkətlərin, beynəlxalq maliyyə institutlarının başçılarının da yer aldığı 300-dən artıq deleqat iştirak edəcək.
Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Rəhbərlik etdiyiniz şirkəti sponsor və ya deleqat qismində 5-ci Beynəlxalq "Caspian Energy Forum - 2018"də iştirak etmyə dəvət edirik.