Böyük məmnuniyyətlə Sizi 14 noyabr 2018-ci il tarixində Kvemo Kartli regionunun Qubernatorunun, Azərbaycan Respublikasının Gürcüstandakı səfirliyinin və Caspian European Club-un dəstəyi ilə Tbilisidə keçiriləcək 8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-də iştirak etməyə dəvət edirik. Təşkilatçı Caspian Energy Georgia şirkətidir.
Caspian Energy Forum Kvemo Kartli-də sıralarında Gürcüstan və Azərbaycanın dövlət qurumlarının rəhbərlərinin, Gürcüstanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin, həmçinin iri beynəlxalq şirkət və beynəlxalq maliyyə institutlarının başçılarının yer aldığı 100-dən artıq deleqat iştirak edəcək.
İlk gün Gürcüstan Hökumətinin üzvlərinin və biznesmenlərin iştirakı ilə plenar sessiyalar keçiriləcək.
İkinci gün sahibkarları regionun investisiya imkanları və fəaliyyətdə olan müəssisələrlə tanış etmək məqsədilə Kvemo Kartli regionu üzrə tur təşkil olunacaq.
Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.
Rəhbərlik etdiyiniz şirkəti sponsor, partnyor və ya deleqat qismində 8-ci Beynəlxalq Caspian Energy Forum Kvemo Kartli-də iştirak etməyə dəvət edirik.