“Ziraat Bank Azərbaycan” ASC “Beynəlxalq Caspian Energy Forum Baku”– 2019-un sponsoru olaraq çıxış edəcəkdir

“Ziraat Bank Azərbaycan”  ASC  “Beynəlxalq Caspian Energy Forum Baku”– 2019-un sponsoru olaraq çıxış edəcəkdir

PRESS-RELİZ

 16 Sentyabr 2019

“Ziraat Bank Azərbaycan” ASC Sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq “Caspian Energy Forum Baku 2019” proqramına sponsor olaraq qatılacaqdır. Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun “Əsrin müqaviləsi” nin imzalanmasının 25 illik və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunması barəsində məlumat vermişdir.

 “Ziraat Bank Azərbaycan” ASC, “Beynəlxalq Caspian Energy Forum Baku”-nun çoxillik, ənənəvi sponsorudur. Bankın İdarə Heyətinin Sədri Avni Demirci “Caspian European Club”-un İdarə heyətinin üzvü olmaqla birlikdə bankinq və maliyyə üzrə işçi qrupuna rəhbərlik edir. “Caspian European Club” Avni Demircinin yüksək peşəkarlığı sayəsində uğurla fəaliyyət göstərir və bütün mövcud problemləri operativ şəkildə həll etməkdədir. Həmçinin Telman Əliyev, Avni Dəmircinin İdarə Heyəti Sədrliyini etdiyi “ Ziraat Bank Azərbaycan” ASC hakkındaki çıxışında, sıx və səmərəli partnyorluqlarının davam  etməsinin tərəfdarı olduqlarını və “Ziraat Bank Azərbaycan” ASC-nin uğurlarına daim sevindiklərini bildirmişdir.

“Ziraat Bank Azərbaycan”ASC nin İdarə Heyətinin Sədri Avni Demirci Sentyabrın 19-na nəzərdə tutulmuş doqquzuncu “Beynəlxalq Caspian Energy Forumu”-nun yüksək səviyyədə təşkili məqsədilə bankın “Caspian Europan Club” ilə əməkdaşlığından məmnun olduğunu ifadə edib. “Ziraat Bank Azərbaycan” ASC-nin məqsədi yerli istehsalatın həcminin artırılması və bunun nəticəsində yeni iş yerlərinin açılması, iqtisadiyyatın real sektorunun dəstəklənməsi, sahibkarlığa, həmçinin iri istehsalçıların fəaliyyətinə maliyyə dəstəyinin göstərilməsidir. Avni Demirci bu məqsədlərə nail olmaq üçün biz gələcəkdə, həmçinin beynəlxalq Caspian Energy forumları çərçivəsində də Klub ilə fəal əməkdaşlığı davam etdirməyə hazır olduqlarını bildirmişdir. 

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında  “Azpetrol ltd” ASC, “AzərTelecom ASC, “AzeriCard” ASC, “İCODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group”, “NABUCCO A&C”, “Azprint” və “Transbroker” şirkətləri var.

Forumda iştirak üçün qeydiyyat: http://caspianenergyforum.com

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Caspian European Club-un ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

 E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  URL: www.caspianenergy.netwww.caspianenergy.org

Forum Haqqında
  • Sizi Azərbaycan Respublikasının Hökuməti və Caspian European Club-un dəstəyi ilə 2019-cu il 19 sentyabr tarixində Bulvar Hotel Bakıda keçiriləcək 9-сu Beynəlxalq “Caspian Energy Forum Baku - 2019”a dəvət etməkdən şərəf duyuruq.

    9-сu Beynəlxalq Caspian Energy Forum Baku - 2019 "Əsrin müqaviləsinin" imzalanmasının 25 illik yubileyinə və Caspian Energynin 20 illik yubileyinə həsr olunub.

    “Caspian Energy Forum Baku – 2019”da sıralarında Azərbaycan, Qazaxıstan və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

    Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulmuşdur.

MƏRUZƏÇİLƏR
RƏSMİ DƏSTƏK
TƏRƏFDAŞLAR
MEDIA TƏRƏFDAŞLAR
TƏŞKİLATÇILAR
XƏBƏRLƏR
QEYDİYYAT
  • *
    Please specify your position in the company

    Ad*
    Invalid Input

    Soyad*
    Please type your full name.

    Fəaliyyət*
    Invalid Input

    Şirkətin adı*
    Invalid Input

    Tutduğu vəzifə*
    Invalid Input

    Ünvan*
    Invalid Input

    Ölkə*
    Invalid Input

    Şəhər / Bölgə*
    Invalid Input

    Poçt indeksi
    Invalid Input

    E-mail*
    Invalid email address.

    Mobil telefon*
    Invalid Input

    Telefon*
    Invalid Input

    Faks*
    Invalid Input

    Zəhmət olmazsa, bütün məlumatları ingilis dilində doldururn.

    Invalid Input

    Tam paket

    Invalid Input

    Deleqat ödənişinin məbləğinə daxildir (tam paket):
    - forumun işgüzar hissəsində bütün sessiyalarda iştirak
    - işgüzar naharda iştirak
    - kofe-breyklərdə iştirak
    - tərcümə cihazından ödənişsiz istifadə

    Ödəniş: Tam ödəniş imzalanmış müqavilə təqdim olunarkən invoys vasitəsilə tələb olunacaq.

    Yekun məbləğ
    Invalid Input

    captcha*
    captcha
    Invalid Input

Program
SPONSORLUQ ŞƏRTLƏRİ
MƏKAN
  • Boulevard Hotel Bakı:
    Xəqani Rüstəmov Küçəsi 4C
    AZ1010 Bakı, Azərbaycan

ƏLAQƏ
  • Tel.: (+994 12) 447-02-36 / 38

VIDEO PRESENTATION