“Azprint” Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

“Azprint” Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

PRESS-RELİZ

6 sentyabr 2019

“Azprint” Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

Sıx əməkdaşlıq etdiyimiz “Azprint” şirkəti də sentyabrın 19-da Azərbaycanın paytaxtında keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum “Əsrin müqaviləsi”nin imzalanmasının 25 və “Caspian Energy” jurnalının 20 illik yubileyinə həsr olunub”, - deyə Caspian European Club-un Sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev söyləyib.

“Azprint”in təsisçisi və direktoru Səidə Qasımova Azərbaycan bazarında şirkətin 2005-ci ildən işlədiyini, qrafik dizayn, dizayn interyer, eksteryer üzrə xidmət göstərdiyini və özünə aid sektorda ən təcrübəli və aparıcı şirkətlərdən biri olduğunu deyib. ““Azprint” keyfiyyətli işi, sərfəli qiymətləri və müştərilərinə göstərdiyi operativ xidmət ilə seçilir. Biz Caspian European Club ilə əməkdaşlığımıza şadıq. 9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un təşkili isə qarşılıqlı əməkdaşlığımız üçün növbəti gözəl şansdır”, - deyə Səidə Qasımova əlavə edib.

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq nümayəndə iştirak edəcək. Onların arasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərləri, eyni zamanda Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb.

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrinin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar təşkil olunacaq. Kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku-2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd” ASC, “AzerTelecom” ASC, “AzeriСard” ASC, “ICODS Hilmer GMBH”, “Hellmann Worlwide Logistics”, “Nərimanfilm”, “Vien Group” və “NABUCCO A&C” şirkətləri də var.

Forumda iştirak üçün: http://caspianenergyforum.com

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club-un həmçinin Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, ABŞ və Almaniyada səlahiyyətli nümayəndələri var. Caspian European Club-un yaradıcısı və ilk Sədri Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevdir.

* Material, informasiya, məqalələrin dərci, video və audio süjetlərin hazırlanması zamanı Caspian European Club-un tədbirinə istinad etmək mütləqdir.

Əlavə məlumat üçün:

E-mail: Bu email ünvanı spambotlardan qorunur. Onu görmək üçün JavaScripti qoşmaq lazımdır.  URL: www.caspianenergy.netwww.caspianenergy.org

Forum Haqqında
  • Sizi Azərbaycan Respublikasının Hökuməti və Caspian European Club-un dəstəyi ilə 2019-cu il 19 sentyabr tarixində Bulvar Hotel Bakıda keçiriləcək 9-сu Beynəlxalq “Caspian Energy Forum Baku - 2019”a dəvət etməkdən şərəf duyuruq.

    9-сu Beynəlxalq Caspian Energy Forum Baku - 2019 "Əsrin müqaviləsinin" imzalanmasının 25 illik yubileyinə və Caspian Energynin 20 illik yubileyinə həsr olunub.

    “Caspian Energy Forum Baku – 2019”da sıralarında Azərbaycan, Qazaxıstan və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, o cümlədən Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələrinin yer aldığı 1500-dən artıq deleqat iştirak edəcək.

    Tədbirin proqramında kofe-breyk və işgüzar nahar zamanı işləmək və iştirakçılarla ünsiyyət üçün əlavə imkanlar nəzərdə tutulmuşdur.

MƏRUZƏÇİLƏR
RƏSMİ DƏSTƏK
TƏRƏFDAŞLAR
MEDIA TƏRƏFDAŞLAR
TƏŞKİLATÇILAR
XƏBƏRLƏR
QEYDİYYAT
  • *
    Please specify your position in the company

    Ad*
    Invalid Input

    Soyad*
    Please type your full name.

    Fəaliyyət*
    Invalid Input

    Şirkətin adı*
    Invalid Input

    Tutduğu vəzifə*
    Invalid Input

    Ünvan*
    Invalid Input

    Ölkə*
    Invalid Input

    Şəhər / Bölgə*
    Invalid Input

    Poçt indeksi
    Invalid Input

    E-mail*
    Invalid email address.

    Mobil telefon*
    Invalid Input

    Telefon*
    Invalid Input

    Faks*
    Invalid Input

    Zəhmət olmazsa, bütün məlumatları ingilis dilində doldururn.

    Invalid Input

    Tam paket

    Invalid Input

    Deleqat ödənişinin məbləğinə daxildir (tam paket):
    - forumun işgüzar hissəsində bütün sessiyalarda iştirak
    - işgüzar naharda iştirak
    - kofe-breyklərdə iştirak
    - tərcümə cihazından ödənişsiz istifadə

    Ödəniş: Tam ödəniş imzalanmış müqavilə təqdim olunarkən invoys vasitəsilə tələb olunacaq.

    Yekun məbləğ
    Invalid Input

    captcha*
    captcha
    Invalid Input

Program
SPONSORLUQ ŞƏRTLƏRİ
MƏKAN
  • Boulevard Hotel Bakı:
    Xəqani Rüstəmov Küçəsi 4C
    AZ1010 Bakı, Azərbaycan

ƏLAQƏ
  • Tel.: (+994 12) 447-02-36 / 38

VIDEO PRESENTATION