TƏŞKİLATÇI

12-ci beynəlxalq Caspian Investment Forum Baku–2024

Böyük məmnuniyyətlə diqqətinizə çatdırırıq ki, Caspian Energy Club tərəfindən 2024-cü il iyunun 12-də Bakıda 12-ci beynəlxalq Caspian Investment Forum Baku–2024 təşkil olunacaq. 12-ci beynəlxalq Caspian Investment Forum Baku–2024 - ün əsas mövzuları: Orta Dəhliz üzərində yerləşən ölkələrin investisiya potensialına, azad iqtisadi zonalar, ixracatın inkişafı üçün imkanlara, yaşıl iqtisadiyyata keçid, yaşıl enerji, enerji dayanıqlılığı və Türkdilli ölkələrin biznes ictimaiyyətinin Avropa ilə əməkdaşlığına həsr olunacaq. Məqsədimiz regionda olan davamlı inkişaf proseslərinin işıqlandırılması, Orta Dəhliz ölkələrinin iqtisadiyyatında keçirilən islahatların pozitiv nəticəsi, regionlara investorların cəlb olunması, dövlət və özəl sektorlarda həyata keçirilən layihələri beynəlxalq arenada tanıtmaqdır. 12-ci beynəlxalq Caspian Investment Forum Baku–2024 sıralarında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərinin, investisiya şirkətlərinin və reytinq agentliklərinin rəhbərlərinin, həmçinin Azərbaycanda akkreditasiyadan keçmiş diplomatik və beynəlxalq missiya nümayəndələrinin də yer aldığı 500-dən artıq deleqat iştirak edəcək. Sizi 12-ci beynəlxalq Caspian Investment Forum Baku – 2024 -də sponsor və ya deleqat qismində iştirak etməyə dəvət edirik.

SPONSORS
No result...
REGISTER
Qeydiyyatda problem varsa QAYNAR XƏTT +994 77 422 00 30 +994 77 482 00 30